Skip to main content

Qarabağ və Şərqi Zəngəzurda Torpaq İslahatı haqqında Konsepsiya Layihəsi

· One min read

PDF Preview

Click the preview to open the PDF.

Xülasə​

Bu sənəd Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Torpaq islahatı haqqında” və “Torpaq icarəsi haqqında” Qanunları, habelə Qarabağ və Şərqi Zəngəzurda torpaqların fiziki şəxslərə istifadəyə və fermerlərə uzunmü ddətli icarəyə verilməsini tənzimləyən normativ-hü quqi aktların təhlili əsasında hazırlanmış Konsepsiya layihəsidir. Təhlil gö stərir ki, 1996-cı ildə həyata keçirilmiş ü mummilli torpaq islahatı - kənd təsərrü fatı torpaqlarının kənd əhalisinin əvəzsiz mü lkiyyətinə verilməsi prosesi - o dö vrdə işğ al altında olan Qarabağ və Şərqi Zəngəzur ərazilərini əhatə etməyib. Nəticədə bu ərazilərdə torpaqlar bu gü nədək dö vlət mü lkiyyətində qalır və hazırda yalnız müvəqqəti icarə əsasında istifadəyə verilir - biri sakinlərə gü zəştli şərtlərlə (Nazirlər Kabinetinin 26.12.2024-cü il tarixli 544 nö mrəli Qərarı), digəri isə investisiya mü sabiqəsi yolu ilə sahibkarlıq subyektlərinə (Prezidentin 27.11.2024-cü il tarixli 236 nö mrəli Fərmanı) olmaqla iki paralel mexanizm formalaşıb. Bu, ö lkənin qalan ərazilərindən fərqli, unikal hü quqi vəziyyət yaradır: Qarabağ və Şərqi Zəngəzur, mahiyyətcə, Azərbaycanın 1996-cı il torpaq islahatının “tamamlanmamış” son mərhələsini təşkil edir. Konsepsiya bu xü susi statusdan irəli gələn imkan və riskləri sistemləşdirir və mərhələli, prinsiplərə əsaslanan Torpaq İslahatı Konsepsiyasının işlənib hazırlanmasını təklif edir.