Skip to main content

Şuşa Mərkəzi Xəstəxanasının tikintisində 11 milyon manatdan çox pozuntu aşkarlanıb

· One min read

img alt

Hesablama Palatasının auditinə əsasən, Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisinin birinci mərhələsində 11 milyon manatdan artıq maliyyə və qanun pozuntusu müəyyən edilib. Audit zamanı layihə dəyərinin süni şəkildə artırılması, görülməyən işlərə görə ödənişlər, smetada nəzərdə tutulmayan avadanlıqların alınması və satınalma qaydalarının pozulması halları aşkarlanıb. Hesabatda müqavilə dəyərinin ilkin mərhələdə 3,5 milyon manat şişirdildiyi qeyd olunur.

Xəstəxananın əsas podratçısı “Fərid İnşaat” Firması olub. Araşdırma nəticəsində bəzi iş və avadanlıqlar üzrə qiymətlərin 2,5 milyon manatdan çox şişirdildiyi, sənədlərdə göstərilən 7,9 milyon manatlıq işin isə tam icra olunmadığı müəyyən edilib. Eyni zamanda, Səhiyyə Nazirliyinin bəzi hallarda satınalma prosedurları keçirmədən iş və xidmətlər həyata keçirdiyi qeyd olunub.

Auditin yekununda podratçıya artıq ödənilmiş 716,8 min manat dövlət büdcəsinə geri qaytarılıb, əlavə olaraq ödənilməsi nəzərdə tutulan 2,3 milyon manat vəsaitin köçürülməsi dayandırılıb.