Laçın rayonunda bir mənbədən 72 min manata piano alınıb

Dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata görə, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 72 000 manat dəyərində piano alışı ilə bağlı müqavilə bağlayıb. Satınalmanın qalibi “All Star” MMC olub və prosedur “bir mənbə” üsulu ilə həyata keçirilib.
Açıq mənbələrdə yerləşdirilən məlumatlara əsasən, Azərbaycanda akustik pianoların qiymətləri adətən 5 000–15 000 manat aralığında dəyişir. Bu baxımdan 72 000 manat məbləğində satınalma bazar qiymətləri ilə müqayisədə xeyli yüksək görünür. Qiymət fərqi konkret model, istehsalçı marka, eləcə də çatdırılma, quraşdırma və digər xidmət xərclərindən asılı ola bilər. Portalda isə pianonun markası və texniki xüsusiyyətləri barədə ətraflı məlumat təqdim olunmayıb.
Satınalmanı həyata keçirən qurum Laçın rayonunda tikinti, idarəetmə və mənzil-kommunal xidmətlərinin təşkili ilə məşğul olan dövlət strukturudur. Qurumun icraçı direktoru Rafiq