Skip to main content

RSF həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edir

· One min read

img alt

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Azərbaycanda həbsdə olan jurnalistlərin, o cümlədən AzadlıqRadiosunun əməkdaşı və iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılmasını tələb edib.

Təşkilatın yaydığı bəyanata görə, Mehralızadə martın 6-da “Abzas Media işi” üzrə barəsində çıxarılmış 9 illik həbs hökmündən kassasiya şikayəti verəcək. RSF onun və ölkədə həbsdə saxlanılan digər jurnalistlərin dərhal azad edilməsinə çağırıb.

Fərid Mehralızadə 2024-cü il iyunun 1-də həbs olunub. Azərbaycanda korrupsiya araşdırmaları ilə tanınan Abzas Media əməkdaşlarına qarşı cinayət təqibi isə 2023-cü ilin sonlarında başlayıb.

Jurnalistlər əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qrup halında qaçaqmalçılıq) ilə ittiham olunublar, daha sonra ittihamlar ağırlaşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli hökmü ilə “Abzas Media işi” üzrə:

Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il,

Nərgiz Absalamova və Elnarə Qasımova 8 il,

Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.