Skip to main content

Azərbaycanda siyasi məhbus sayı 328 nəfər göstərilib

· One min read

img alt

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbus hesab etdiyi şəxslərin yenilənmiş siyahısını yayıb. Mayın 13-də açıqlanan siyahıda 328 nəfərin adı yer alıb. Bu rəqəm yanvar ayında açıqlanan 340 nəfərlik siyahı ilə müqayisədə azalma göstərir.

Siyahı hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənov tərəfindən Avropa Şurası Parlament Assambleyasının siyasi məhbus meyarları əsasında hazırlanıb.

Hesabat müəlliflərinin bildirdiyinə görə, son aylarda tətbiq edilən amnistiya nəticəsində 31 nəfər azadlığa buraxılıb. Onlardan 30-u dindar, biri isə vətəndaş cəmiyyəti fəalı Rza Səfərsoy olub.

Bununla yanaşı, hüquq müdafiəçiləri son aylarda dindarlara qarşı yeni həbslərin başladığını qeyd edirlər. Hüquq müdafiəçisi Arif Yunusun sözlərinə görə, fevralın sonundan mayın ortalarınadək 220-dən çox şiə dindar saxlanılıb və həbslər davam edir.

Siyahıda ən böyük qrupu 182 nəfərlə dindarlar təşkil edir. Bundan başqa, 44 müxalifət və vətəndaş cəmiyyəti üzvü, 31 jurnalist və bloger, 8 hüquq müdafiəçisi də siyasi məhbus kimi göstərilib.