Skip to main content

AŞPA Azərbaycanı öhdəliklərini yerinə yetirməyə çağırır an hüquqları və fundamental azadlıqların vəziyyəti ilə bağlı ciddi narahatlıq ifadə olunur.

· 2 min read

img alt

Sənəddə qeyd edilir ki, 2026-cı ilin may ayına olan məlumata görə, ölkədə siyasi məhbusların sayı 328 nəfərə çatıb. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı çoxsaylı qərarlarının hələ də icra edilməməsi diqqətə çatdırılır.

AŞPA hesab edir ki, son illərdə qəbul edilən məhdudlaşdırıcı qanunvericilik aktları müstəqil jurnalistikanın, siyasi müxalifətin, vətəndaş cəmiyyəti institutlarının və ifadə azadlığının fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Qətnamədə Azərbaycan hakimiyyətinə bir sıra çağırışlar da yer alıb. Assambleya jurnalist fəaliyyətinə, korrupsiya araşdırmalarına, demokratik baxışlarına və ya insan hüquqlarının müdafiəsinə görə təqib olunan şəxslərə qarşı təzyiqlərin dayandırılmasını və həbs edilənlərin dərhal azadlığa buraxılmasını tələb edir. Eyni zamanda, AŞPA-nın 1900 saylı qətnaməsində müəyyən edilmiş meyarlara əsasən siyasi məhbus hesab edilən şəxslərin azad edilməsi istənilir.

Sənəddə vurğulanır ki, Azərbaycan hakimiyyəti Assambleyaya parlament nümayəndə heyəti göndərməməsini Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən yayınmaq üçün əsas kimi istifadə etməməlidir. Qətnamədə Milli Məclis AŞPA ilə dialoqu bərpa etməyə və mövcud problemlərin həlli istiqamətində əməkdaşlığı yenidən qurmağa çağırılır.

Assambleya qeyd edir ki, “Avropa Şurasının bütün strukturları ilə səmərəli əməkdaşlıq etmək və bu tərəfdaşlığın imkanlarından tam istifadə etmək Azərbaycanın öz maraqlarına cavab verir”.

Xatırladaq ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri 2024-cü ildə təsdiqlənməyib. Buna səbəb kimi Azərbaycanın Avropa Şurası qarşısında insan hüquqları, demokratiya və hüququn aliliyi sahəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi göstərilib.

Buna cavab olaraq Azərbaycan hakimiyyəti AŞPA ilə əməkdaşlığı dayandırdığını bəyan edib. Həmçinin, Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs verən bir sıra AŞPA üzvləri Bakı tərəfindən “qara siyahı”ya daxil edilərək ölkəyə giriş qadağası ilə üzləşiblər.