Skip to main content

Ali Məhkəmə Abzas Media İşində Jurnalistlərin Hökmlərini qüvvədə saxladı

· 2 min read

img alt

Azərbaycan Ali Məhkəməsi “Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini təmin etməyib.

Hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən son məhkəmə iclasında iş üzrə təqsirləndirilən digər şəxslərin – jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın kassasiya şikayətlərinə də baxılıb.

“Abzas Media”nın qadın jurnalistləri prosesdə iştirak etmədiklərinə görə onları məhkəmədə vəkilləri təmsil edib.

2023-cü ilin noyabr ayından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı və iqtisadçı Fərid Mehralızadə həbs edilib.

Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər bu ittihamları qəbul etmədiklərini bildirir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları isə jurnalistlərin azadlığa buraxılmasına çağırıblar.

İbtidai istintaq və məhkəmə araşdırmaları birlikdə təxminən iki ilə yaxın davam edib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda aşağıdakı hökmlər çıxarılıb:

Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə — 9 il azadlıqdan məhrumetmə Nərgiz Absalamova və Elnarə Qasımova — 8 il azadlıqdan məhrumetmə Məhəmməd Kekalov — 7 il 6 ay azadlıqdan məhrumetmə

2025-ci il sentyabrın 9-da Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. 2026-cı il aprelin 3-də isə Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək əvvəlki məhkəmə qərarını qüvvədə saxlayıb.