Skip to main content

Transparency International: Azərbaycan korrupsiya indeksində regionda sonuncu yerdədir

· One min read

img alt

Transparency International təşkilatı Korrupsiyanın Qavranılması İndeksi üzrə 2026-cı il hesabatını açıqlayıb. Hesabata görə, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən aşağı mövqedə qərarlaşıb.

Reytinqdə Gürcüstan 56-cı, Ermənistan 65-ci, Azərbaycan isə 130-cu yerdə göstərilib. Bununla da Azərbaycan region üzrə ən zəif nəticə göstərən ölkə olub.

Hesabatda qeyd olunur ki, korrupsiya göstəricilərinə görə Afrikanın 23 ölkəsi Azərbaycandan daha yüksək mövqedə qərarlaşıb. Transparency International indeksi dövlət sektorunda korrupsiyanın qavranılması səviyyəsini ölçən beynəlxalq göstərici kimi qəbul edilir.