Xaricdə yaşayan bloqerlərə qarşı qiyabi hökmlər çıxarılır.

2025-ci il dekabrın 26-dan etibarən Bakı məhkəmələrində xaricdə yaşayan azərbaycanlı bloqerlər barəsində qiyabi hökmlərin elan olunması davam edir. Məhkəmə qərarlarına əsasən, Qabil Məmmədov 16 il, Qurban Məmmədov və Tural Sadıqlı 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan başqa, Süleyman Süleymanlı, Orduxan Teymurxan, Orxan Ağayev, Rəfael Piriyev və Elşad Məmmədov qiyabi qaydada 9 il azadlıqdan məhrum olunublar. Sevinc Osmanqızı, Abid Qafarov, Vaqif Allahverdiyev və Beydulla Manafov 8 il, Məhəmməd Mirzəli 6 il 6 ay müddətincə həbs cəzası alıblar. Eyni zamanda, ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu və Fransada yaşayan tarixçi alim Altay Göyüşov barəsində açılmış cinayət işləri üzrə qiyabi hökmlərin elan ediləcəyi gözlənilir. Təqsirləndirilən şəxslərin əksəriyyəti irəli sürülən ittihamları siyasi motivli hesab edir, məhkəmə proseslərini isə ifadə azadlığına qarşı repressiyanın tərkib hissəsi kimi qiymətləndirir.